
Azərbaycanın tanınmış jurnalisti, rusdilli haqqin.az portalının sahibi Eynulla Fətullayev İçərişəhərin rəhbəri Şahin Seyidzadə ilə Qala küçələrində gəzintiyə çıxıb.
İçərişəhərdə qoruq yaradılmamışdan əvvəl Qala bürokratik-oliqarx təbəqəsi tərəfindən vəhşicəsinə ələ keçirilərək zəbt olunmuş, dağıdılmışdı. Və yalnız Prezident İlham Əliyevin müdaxiləsi ilə Bakı Qalasındakı “bespredel”in qarşısı alındı.
Köhnə şəhərə yeni işğal və yeni təhdid təhlükəsi varmi? Şahin Seyidzadə məmurların qanunsuz xahişləri və təzyiqləri ilə üzləşirmi? Onun İçərişəhərin bütövlüyünün təminatçısı - Mehriban xanım Əliyeva ilə birbaşa əlaqəsi varmı? Seyidzadəyə rüşvət təklif edirlərmi? Onun, qanunsuz tikililərin ucaldıldığı əvvəlki qərarları ləğv etmək niyyəti varmı? Tenderlər necə keçirilir? Bəs sahibkarlardan hansına üstünlük verilir? Gəzinti zamanı Şahin Seyidzadə jurnalistin bu və digər suallarını cavablandırıb.
Senzor.az haqqin.az-a istinadən həmin maraqlı söhbətin videosunu təqdim edir: