Bakıya raket zərbələri endirməyə çağıran rusiyalı ekspert MDBMİ-dən qovuldu – AZƏRBAYCAN İSƏ ONU BEYNƏLXALQ AXTARIŞA VERDİ
VİDEO, FOTO

Azərbaycan əleyhinə açıqlamalar verən rusiyalı ekspert Mixail Aleksandrov çalışdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan (MDBMİ) qovulub.

 

Senzor.az bildirir ki, bu barədə MDBMİ məlumat yayıb.

 

İnstitut rəhbərliyi tərəfindən M.Aleksandrovun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirilib.

 

M.Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə onun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun İnstitutdan xaric edilməsi haqqında əmr imzalayıb" deyə MDBMİ-nin yaydığı məlumatda bildirilib.

 

Qeyd edək ki, M.Aleksandrov Rusarminfo internet telekanalının efirində Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycan əleyhinə açıqlamalar verib. Açıq-aşkar düşmənçilik bəyanatları səsləndirən "ekspert" bildirib ki, Rusiya Bakının neft strukturuna raket zərbələri endirməlidir.

 

Onun sözlərinə görə, Azərbaycan mövcud vəziyyətdən (yəni Rusiyanın Ukraynada apardığı müharibədən) istifadə edərək Laçın dəhlizinin statusunu dəyişməyə, onu nəzarətə götürməyə çalışır. Buna cavab olaraq Moskva, Aleksandrovun təklif etdiyi kimi, neft sənayesinə və Bakının enerji infrastrukturuna raket zərbələri endirməlidir.

 

“Biz onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Bu  həmin resursun qiymətlərini xeyli artıracaq”, - deyə o, xüsusilə qeyd edib.

 

Bir az əvvəl isə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidməti Rusiya Federasiyasının vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edildiyi haqda məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-siyasi tədqiqatlar Mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrov  cari il dekabrin 13-də müxtəlif kütləvi informasiya vasitələrində yayımlanan - geniş auditoriya kütləsinə ünvanlanan müraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib. 

Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan cari il  dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

 

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə "İnterpol" vasitəsilə beynəlxalq axtarışı elan edilib. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib.

 

"Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq", - geyə məlumatda vurğulanıb.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.