Putin tələb, Lukaşenko seçim etdi: MİNSK MÜHARİBƏYƏ QOŞULACAQMI?
ŞƏRH - PROQNOZ

Rusiya Prezidenti Vladimir Putin 3 illik fasilədən sonra Belarusa səfər etdi. Səfər hər nə qədər işgüzar xarakterli olsa da, Putinin Minskə gəlişinin əsas səbəbi mövcud Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. 

 

Rəsmi Moskva Ukrayna müharibəsi fonunda istədiyi nəticələri qazana bilmir. Buna görə də 2023-cü ildə üstünlüyü yenidən qazanmaq üçün səylərini artırır.

 

Putinin Lukaşenkodan gözləntisi

 

Aydın məsələdir ki, Rusiya Ukrayna müharibəsinə Belarusun da qatılmasını istəyir. Kreml müharibənin ilk aylarında Belarus ərazisindən Ukraynaya hücum etmək üçün istifadə edib. Prinsip etibarilə Belarus bu gün də ərazisindən Ukraynaya hücum üçün Kremlə razılıq verir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında dediyi “Bu gün biz Sizin Belarusa təhvil verdiyiniz “S-400” sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq” sözləri də təsdiqləyir. Lakin görünür, Putin bu dəfə Lukaşenkodan daha artığını, yəni Belarusun Ukrayna müharibəsinə qatılmasını istəyib.  

Putinin məhz 3 il sonra Belarusa səfər edib Lukaşenkodan Ukrayna müharibəsinə qoşulmasını istəməsinin digər səbəbi də Belarusun xarici işlər naziri Vladimir Makeyin bir müddət öncə sirli şəkildə qəfil dünyasını dəyişməsidir. Məsələ ondadır ki, Makey Lukaşenkonun Qərb ilə təmaslarını aparan əsas fiqur idi. Bu mənada onun Kreml tərəfindən öldürüldüyünü də demək olar. Makeyin İrəvanda keçirilən KTMT sammitində iştirak etdikdən sonra həyatını itirməsi də ölümün pərdəarxasında Kremlin olduğunu deməyə əsas verir. 

 

Nəticə etibarilə Makeyin ölümünün Lukaşenkonun manevr imkanlarını məhdudlaşdırdığını bilən Putin Minskə səfər edərək Belarusun Ukrayna müharibəsinə qoşulmasını istəyir.

 

Minsk müharibəyə qoşulacaqmı?

 

Aleksandr Lukaşenko və Vladimir Putinin görüşün yekunlarına dair jurnalistlərə açıqlamalarından belə qənaətə gəlmək olar ki, Rusiya lideri “Batya”nı Ukrayna müharibəsinə qatılmağa razı sala bilməyib. 

Ümumiyyətlə, Lukaşenko ölkəsinin müharibəyə qoşulmasını istəmir. Bu təkcə onun deyil, başda sadə belaruslar və generallar olmaqla, bütün bir ölkənin yekdil fikridir. Heç kəs Rusiya uğrunda işğalçı müharibədə həlak olmaq niyyətində deyil. Lukaşenko isə öz növbəsində onsuz da ondan narazı olan daxili auditoriyanı radikallaşdırmaq  istəmir. 

 

Lakin Putinin istəyini qulaqardına vurmaq da mümkün deyil. Buna görə də Lukaşenko Belarus sərhədlərinin Qərb və NATO-dan müdafiə ritorikasından istifadə edir. Bununla o çalışır ki, Ukraynanın işğalında iştirakdan qaçsın.

 

Digər tərəfdən, Lukaşenko Putini inandıra bilib ki, belə bir müharibə onun hakimiyyətinə, dolayı yolla Rusiyanın Belarusdakı nüfuzuna ciddi ziyan vura bilər. 

 

Nəticə etibarilə Lukaşenko bu dəfə də ölkəsinin Ukrayna müharibəsinə qoşulmasından canını qurtara bildi, amma bir çox məsələdə Kremlə güzəştə getməli oldu. 

 

Rusiya 2023-cü ildə Ukraynaya hücumları intensivləşdirsə, Belarus ərazisindən aktiv şəkildə istifadə edə bilər. Bu isə Ukraynanın Belarus ərazilərini vurması ilə nəticələnər. 

 

Görünür, Putin həm də bu versiyaya inanır və beləliklə, Minskin gec-tez Ukrayna müharibəsinə qoşulacağını düşünür. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.