
ABŞ Hərbi Hava və Xüsusi Təyinatlı qüvvələrinin keçmiş əsgərləri Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədin bir neçə kilometrliyində yerləşən Armaş kəndində mülki sakinlərə, hətta uşaqlara hərbi təlim keçirlər.
Virtualaz.org xəbər verir ki, bu haqda “Washington Examiner” nəşri yazıb.
Müəllif Neil Hauer həmin təlim düşərgəsindən reportaj hazırlayıb, onun reportajı sentyabrın 30-da dərc olunub.
Bildirilir ki, ABŞ ordusunun erməni əsilli veteranlarından Aram təlim keçdiyi könüllülər dəstəsinə qarşıdakı təpəyə hücum əmri verir. Potensial yaraqlıların iki qrupu-onlardan birində əsasən yeniyetmələr, digərində isə 20 yaşlarında gənclərdir,-kolluqlardan çıxaraq əllərində avtomat kolonlar halında şərti düşmən səngərlərinə doğru irəliləyirlər.
Bu kənd Naxçıvanın və Türkiyənin İğdır bölgəsinin bir neçə kilometrliyindədir.Müəllif xatırladır ki, ABŞ hələ 90-cı illərdən bəzi münaqişə bölgələrində, o cümlədən İraqda özəl ordulardan istifadə edib. O cümlədən başqa ölkələr də muzdlulardan istifadə edirlər. Yeri gəlmişkən, 90-cı illərdə birinci Qarabağ müharibəsində də muzdlulardan geniş istifadə olunub.