
Xankəndidə yaşayan bir qrup erməni Laçın yolunda aksiyanın keçirildiyi posta qədər yürüş edib.
Senzor.az-ın məlumatına görə, onlar bildiriblər ki, “azərbaycanlılara və sülhməramlılara sualları var”.
Sülhməramlıların postuna çatdıqdan sonra onlar Rusiya sülhməramlıları kontingentinin komandanı general Andrey Volkovla görüş tələb ediblər. Amma rus sülhməramlıları erməni separatçılarının qarşısını kəsib və onları geri qaytarıb.
Ekspertlər hesab edirlər ki, bu, milyarder Ruben Vardanyanın növbəti avantürasıdır və yeni təxribat yaratmağa hesablanıb.
Senzor.az