AD VƏ AND GÜNÜ - İLHAM ƏLİYEV KEÇMİŞƏ EHTİRAM ÜZƏRİNDƏ EHTİŞAMLI GƏLƏCƏK QURDU
VİDEO

Keçmiş qarşısında ehtiram duruşu, ehtişamlı gələcəyə başıuca baxmağın yeganə yoludur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbə iqtisadi və mənəvi əhəmiyyətə malik olan Zəngəzuru xəritədəki yerinə qaytardı. İndi biz babalarımızın ruhunun şad olduğu yerə yol çəkirik.

 

Azərbaycanı haqq tələb edən ölkədən, haqlı ölkəyə çevirən Şəxsiyyətin ədalət haqqında dedikləri...

 

Bu gün Laçın - Xankəndi yolunda dinc aksiya keçirən ekofəallarımız da məhz Prezidentin haqq səsinə səs verdi. Demək olar, bütün çıxışlarında ekoloji terror mövzusuna toxunan Prezident konkret faktlarla həm yerli, həm də beynəlxalq ictimaiyyətə xitab edirdi.

 

Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra toponimlər məsələsinə diqqət çəkən Prezident göstərdi ki, bizim adımız da, sözümüz də bütövdür. Beləliklə, saxta erməni adları verilmiş ərazilərimiz tarixi toponimlərinə, söz bütövlüyünə qovuşdu.

 

Prezident seçilərkən Qurana əl basmaqla sadiqlik andı verən İlham Əliyev müqəddəs kitabımızı işğaldan azad olunmuş torpaqlarımıza apardı. Bununla da ərazilərimiz mənəvi paklığına qovuşdu.

 

Onun rəhbərliyi ilə yazılan yeni tarixin təqvimi qürurlu səhifələrlə zənginləşdi. İndi biz Şuşanın, Füzulinin, Ağdamın, Laçının və digər şəhərlərimizin zəfərdən doğulan ad gününü qeyd edirik. 2 il əvvələ qədər Ermənistanın işğalından əziyyət çəkən ölkə ilə bu gün dünyanın aparıcı gücləri hesablaşmağa məcburdur. Fransa, İran, zaman-zaman Amerikadan baş qaldıran ermənipərəst qüvvələr dəmir yumruğun ağırlığını başlarında hiss edir. Onu güclü edənsə vətəni və vətəndaşıdır. 


Bütöv Azərbaycan üçün, vətənin hər dilimi üçün təşəkkür edirik!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.