Ruben Vardanyan Qarabağ ermənilərini yenə təxribata çağırdı

Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan yenə sərsəm açıqlama verib.

 

Modern.az-ın məlumatına görə, özünün Facebook səhifəsində növbəti dəfə açıqlama verən Vardanyan “şadam ki, mənim adım ətrafında belə müzakirə gedir” deyə Azərbaycan tərəfinin onun Qarabağdan çıxıb getmə tələbinə cavab verib.

 

Vardanyan Qarabağ ermənilərinə yenə təxribatçı çağırış edib: “Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və “Artsax hakimiyyəti” ilə danışıqlar masasına oturmağın zamanıdır”, - o əlavə edib.

 

Senzor.az xatırladır ki, dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvadakı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Ruben Vardanyanın Qarabağı tərk etməli olduğunu bildirmişdi: “Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini tələb edir. Onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyır. Biz hesab edirik ki, buna son qoyulmalıdır. Bu insan regionu nə qədər tez tərk etsə, hər kəs üçün bir o qədər yaxşıdır. Bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Onun regionda peyda olmasına qədər yaxşı əlaqələr, reinteqrasiya ilə bağlı müsbət faktlar vardı”.

 

Sergey Lavrov isə bəyan etmişdi ki, Ruben Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur: “Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb. Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.