
Bir müddət əvvələ qədər heç bir telekanal və ya telejurnalist xəyal edə bilməzdi ki, Naxçıvana gedib oradan – Ali Məclisin qarşısından və dəhlizindən canlı bağlantıya qoşula bilər. Amma bu artıq bir reallıqdır və REAL TV bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısından birbaşa yayıma çıxıb. Özü də bu adi canlı yayım deyil...
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında özünün səlahiyyətli nümayəndəsi təyin edib.
F.Nəcəfli artıq Naxçıvanda öz vəzifəsinin icrasına başlayıb və REAL TV-nin əməkdaşı məhz onunla görüşüb.
F.Nəcəfli telekanala verdiyi eksklüziv açıqlamasında Naxçıvanla bağlı həm ilkin, həm də gələcək planlarının anonsunu verib. Bildirib ki, Naxçıvanda qanundankənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq.
Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, məsələlərin həllinə çalışılır: “Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır. Ali Məclis öz fəaliyyətini davam etdirəcək. Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.
Senzor.az həmin müsahibəni təqdim edir: