Putin Paşinyanla Laçın dəhlizini müzakirə etdi - DÜNƏN İSƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLİB
VİDEO

Dekabrın 26-da MDB-nin Sankt-Peterburqda keçirilən sammiti çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçirilib. 

Turan-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin dekabrın 27-də Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Biz Sizinlə hələ dünən başladıq və üçümüz birlikdə söhbət edə bildik: əlbəttə, əsas məsələ bütünlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir.

Odur ki, razılaşdığımız kimi, bütün bu məsələləri təfərrüatı ilə müzakirə edəcəyik", -  deyə Rusiya Prezidentinin saytında yer alan məlumatda Putinə istinadla bildirilir.

Öz növbəsində, Paşinyan belə deyib: "Əlbəttə, haqlısınız: hazırda əsas, ən operativ məsələ Laçın dəhlizində mövcud olan böhrandır. Bilirsiniz ki, 20 günə yaxındır Laçın dəhlizi bağlıdır. Bu, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır".

Daha sonra o, üç ölkə liderinin Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarəti altında olmasını nəzərdə tutan üçtərəfli bəyanatını xatırladıb.

"İndi belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Əlbəttə, bu vəziyyəti, hansı variantlar olduğunu müzakirə etmək istərdik", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, rəsmi Bakı İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçirildiyi barədə məlumat yaymayıb.

Sammitdən əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da üçtərəfli görüş planlaşdırılmadığını bildirmişdi: “Formal olaraq biz üçtərəfli görüş təyin etməmişik, lakin kuluarlarda onların bir-biri ilə danışmaq imkanı olacaq”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.