Erməni mətbuatı yataqların qanunsuz istismarının dayandırılması haqda xəbər yaydı - BİZİMKİLƏR DƏ SEVİNCƏK TİRAJLADILAR, HALBUKİ…
MİR ŞAHİN AZƏRBAYCAN MEDİASINA ÇAĞIRIŞ ETDİ

Deməli belə:

…xəbər bundan ibarətdir ki,  “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı dayandırılıb. Erməni mətbuatının  “Base Metals” şirkətinə istinadla yaydığı bu xəbərə sevincək yanaşanlar da var.

 

…Sevinc hissini   başa düşmək də olar. Hər nədirsə, hər kimdirsə yağmalamanı dayandırıb! Amma yayılmış xəbərdə Azərbaycanın Ərazi Bütövlüyünə həqarət, eləcə də özünü müstəqil tərəf kimi göstərmək əlamətləri də var ki,  diqqətimizdən yayınmamalıdır! 

Məsələn: “Məlumata görə, şirkət ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etməyi qərara alıb. Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib”. 

 

…Bu isə o deməkdir ki, 

ŞİRKƏT BAŞINDAN BÖYÜK QƏLƏT EDİB.  

!!! Çünki Qarabağ Azərbaycanın İqtisadi rayonudur və Azərbaycanın suveren  ərazilərinə  gondarma gurumun hər hansı xarici tərəfi dəvət etmək hüququ yoxdur!   Bizimlə oyun oynamasınlar!!!   Monitorinq grupumuz məsələyə yerində-torpağın, sərvətlərin Əsl Sahibinin, yəni Azərbaycanın ganunları əsasında baxmalıdır. Biz bax o vaxt sevinəcəyik! Təngnəfəs təsəllilər bizlik deyil! Aksiya davam etməlidir! Sonadək! Monitorinq Qrupumuz Hadisə Rayonunda Tammiqyaslı İşə başlayanadək!  

 

Mediamızı da mən məhz bu mövqeyi təşviq və təlqin etməyə çağırıram!

 

Mir Şahin Ağayev,

Real TV-nin baş direktoru






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.