Rusiya Yeni il gecəsi Ukraynaya Xəzər dənizindən 20-dən çox qanadlı raket atıb
ÖLƏN VƏ YARALANANLAR VAR

Rusiya qoşunları Yeni il gecəsi Ukraynaya 31 raket və 12 aviasiya zərbəsi endiriblər. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb. 

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

 

Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib.

 

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib ki, Xəzər dənizindən atılan 20-dən çox qanadlı raketin 12-si məhv edilib. Bu hücum nəticəsində 7 nəfər yaralanıb.

 

Kiyev meri Vitali Kliçko deyib ki, ölkə paytaxtına hücum nəticəsində mülki obyektlərə ziyan dəyib, 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bunun ardınca Rusiya Ukrayna ərazisinə dronlarla hücum edib.

 

Ukrayna müdafiəçiləri Rusiyanın İran istehsalı olan daha 13 “Şahed-136” PUA-sını məhv ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.