Bakıdakı İmam Xamenei ofisi bağlandı - ŞOK QƏRAR
 
İranın Azərbaycana qarşı hücumları öz nəticələrini verir.
 
 Ovqat.com-
un məlumatına görə, artıq İmam Xameneinin Bakıdakı ofisi bağlanıb.
 
İranın təzyiqləri davam etdikcə, İrana bağlı digər qurumların da bağlanacağı bildirilir. 
 
Qeyd edək ki, Azərbaycan ictimaiyyəti İran dini lideri Ayətullah Xameneinin ölkəmizdəki nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın dərhal ölkədən çıxarılmasını tələb edirdi. İmam Xameneinin ofisinin bağlanmasını bu istiqamətdə atılmış ilk adıdm kimi qiymətləndirmək olar.
 Məlumatı digər media qurumları da təsdiqləyiblər.

Giperssilka.ru-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, oktyabrın 5-i səhər saatlarından Bakıda metronun “Gənclik”  stansiyası yaxınlığındakı “Hüseyniyyə” məscidi bağlanıb.

Məlumata görə, bu gün tezdən polis əməkdaşları məscidə yaxınlaşaraq “Hüseyniyyə”nin mühafizə xidmətindən ibadət məkanının açarlarını alıb, özünü də oradan çıxarıblar.

Qeyd edək ki, həmin məsciddə Ali Məqamlı Rəhbər Seyyid Əli Xameneinin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad imam-camaat olaraq fəaliyyət göstərirdi.

Yayılan məlumatlara əsasən, Seyid Əliəkbər Ocaqnejadın fəaliyyət göstərdiyi məkan - İmam Xameneinin Azərbaycandakı ofisi də qapadılıb. 

Məlumat üçün bildirək ki, son günlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda hər iki ölkənin rəhbərləri xəbərdaredici çıxışlar ediblər. İmam Xamenei sionist İsrail rejiminin regiona daxil edildiyini bildirərək, bunun gələcəkdə böyük fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

 Azərbaycan Prezidenti İlham Əliyev isə Cəbrayıla səfəri zamanı etdiyi çıxışında ittihamları qəbul etməyib və fakt istəyib. İ.Əliyev hətta bu ittihamın cavabsız qalmayacağını da bildirmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.