ABŞ Nümayəndələr Palatasına yeni spiker seçildi - ERMƏNİPƏRƏST PELOSİNİ NEYTRAL MAKKARTİ ƏVƏZ ETDİ
FOTO

Respublikaçı Kevin Makkarti 15-ci cəhddən sonra ABŞ Nümayəndələr Palatasının spikeri seçilib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki. səsvermə ABŞ telekanalları vasitəsilə canlı yayımlanıb.

 

K.Makkarti 216 səs toplayıb. O, səsvermədə əsas rəqibi, demokrat Hakim Cefrisi üstələyib.

 

Qeyd edək ki, buna qədər Nümayəndələr Palatasının spikeri vəzifəsini ermənipərəst Nensi Pelosi daşıyıb. Bu vəzifə ABŞ dövlətində əhəmiyyətinə görə üçüncü sayılır.

 

Onu da xatırladaq ki, Kevin Ouen Makkarti 1965-ci il yanvarın 26-da Kaliforniya ştatının Beykersfild şəhərində anadan olub. O, 2019-cu ildən ABŞ Nümayəndələr Palatasında azlıqların iideridir. Respublikaçılar Partiyasının üzvü əvvəllər, 2014-2019-cu illərdə Nümayəndələr Palatasında çoxluqların lideri olub.

 

K.Makkartinin Azərbaycan, Türkiyə və Ermənistana münasibətdə loyal və tərəfsiz mövqedə olduğu bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.