“Sədərək”dəki yanğın tam söndürülüb: oğurluğa cəhd edən 2 nəfər saxlanılıb - VİDEO, FOTO
YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın tam söndürülüb. 

 

Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.

 

Qeyd olunub ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib. 

 

Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

**21:32


"Sədərək" Ticarət Mərkəzində (TM) yanğın söndürülüb.


Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.


Onun sözlərinə görə, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.


E.Hacıyev onu da bildirib ki, ticarət mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb.

Onlar müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yalan məlumat veriblər.


Oğurluq əməlində şübhəli bilinən həmin şəxslər məsuliyyətə cəlb edilib.


Araşdırmalar aparılır.


Bu arada yanğınla bağlı TƏBİB də məlumat yayıb. Qeyd olunub ki, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Daha iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.


Məlumatda o da bildirilib ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub. Dərhal hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.


**20:24




Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN xəbər yayıb.

 

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, "Sədərək" Ticarət Mərkəzindəki yanğınla əlaqədar polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları da hadisə yerinə cəlb edilib: "Təhlükəsizliyi təmin etmək və ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb".

 

Əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.