Ərdoğan Nazirlər Kabinetinin bu il üçün ilk iclasını keçirir - GÜNDƏLİKDƏ ÇOX CİDDİ MƏSƏLƏLƏR VAR

Bu gün Beştəpədə Türkiyə Nazirlər Kabinetinin 2023-cü ildə ilk iclası keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçiriləcək iclasda Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsi, Ankaranın Ukrayna münaqişəsinin həlli üçün diplomatik səyləri, eləcə də inflyasiya ilə mübarizədə yeni ildə atılacaq addımlar müzakirə olunacaq.

  

Təqaüd yaşının tənzimləməsini ehtiva edən qanun layihəsinin həftənin əvvəlində Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edilməsi də gündəmdədir. Tənzimləmə ilə 2 milyon 250 min insan üçün pensiya yolu açılacaq.

  

Nazirlər Kabinetinin iclasının gündəliyinə 7-ci məhkəmə paketi də daxildir. Narkotik aludəçisi olan cinayətkarların müalicəsi üçün özəl həbsxanalar yaradılacaq. Ədliyyə naziri Bəkir Bozdağın Nazirlər Kabinetinin iclasında təqdimatından sonra paket Türkiyə Böyük Millət Məclisinə göndəriləcək.

 

Bunlardan əlavə, terrorla mübarizə, enerji təhlükəsizliyi və xarici siyasətdə baş verən digər proseslər də müzakirə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.