Azərbaycanda iki polis zabiti dəm qazından öldü
YENİLƏNİB, FOTO

Siyəzəndə dəm qazından dünyasını dəyişən polis əməkdaşları bu gün Sumqayıtda və Binəqədi rayonunda dəfn ediliblər.

 

Bizim.media xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin sahə polis rəisləri, 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərovun meyiti Bakıda mərkəzi tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib və onlar son mənzilə yola salınıblar.

 

Qeyd edək ki, polis leytenantları yanvarın 8-dən 9-a keçən gecə Siyəzən şəhərində kirayədə yaşadıqları evdə dəm qazından boğulub ölüblər.

 

Onlar bu gün səhər Siyəzən Polis Şöbəsində keçirilən sıra baxışına gəlmədikləri üçün onlara zəng olunub. Cavab vermədiklərindən hasardan keçməklə içəri daxil olan iş yoldaşları onları ölmüş vəziyyətdə görüb.

 

Hadisənin külək nəticəsində evdəki qaz peçinin borusunun üstünün açılması və təbii qazın içəri daxil olması nəticəsində baş verdiyi ehtimal edilir.

 

Siyəzən Rayon Prokurorluğunda araşdırma gedir.

 

**11:20



Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq ölüb.


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etdikləri məlum olub.


"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı verir, səbr diləyirik", DİN-in məlumatında deyilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.