
Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı qaziləri qəbul edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir qazilərlə görüşdə deyib ki, Azərbaycan Ordusu böyük uğurla “Tək Vətən” hərəkatını həyata keçirib, Türkiyə buna görə sevinclidir.
Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.
"Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - H.Akar əlavə edib.




