Azərbaycan jurnalistikasında məktəb yaratmış Mir Şahin “MƏKTƏBDƏ...” LAYİHƏSİNDƏ
FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən “Məktəbdə...” layihəsinin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist, Azərbaycan jurnalistikasında özünəməxsus, fərqli məktəb yaratmış  Mir Şahin Ağayev olub.    

 

Senzor.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən bildirir ki, görüş paytaxtdakı 118 nömrəli tam orta məktəbdə keçirilib.

 

Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə M.Ağayev özünün məktəb illəri, yadda qalan xatirələrindən söz açıb, müasir dövrün tələbləri və bugünün məktəbi, təhsilə ictimai baxış, məktəb və müəllim nüfuzunun qorunması,  ixtisas seçimi zamanı diqqət yetirilməli olan məqamlardan danışıb.  

 

Müasir dünyada mətbuatın, xüsusilə elektron medianın rolundan danışan qonaq öyrədici informasiyanı seçmək bacarığı, sosial şəbəkələrin gənclərə təsirləri və mövcud imkanlardan səmərəli istifadə yollarından söz açıb. M.Ağayev Vətən Müharibəsinin ön cəbhəsində düşmənlə vuruşan əsgərlə media əsgərini birləşdirən ortaq dəyərlər, hər peşədə, sənətdə fərqlənməyi bacarmaq və digər maraqlı mövzular ətrafında şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.  

 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.