
Ermənistan Azərbaycanın Qarabağ bögəsində üç yeni hərbi obyekt tikib.
Bu barədə Baku TV-nin “Salam Baku” verilişində məlumat verilib.
Qeyd edilib ki, ermənilərin ötən il Laçın yolu ilə gətirdikləri materiallardan istifadə edilərək tikilən hərbi obyektlərin görüntüsü artıq sosial şəbəkələrdə yayılıb.
“Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ermənilərin Laçın yolundan hərbi məqsədlər üçün istifadə etdiklərinin əyani sübutu oldu”, - deyə məlumatda vurğulanıb.
Daha ətraflı süjetdə: