Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirdilər

Qazaxıstan parlamentinin cümə günü “Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası (milli lider) haqqında” qanunun qüvvədən düşməsi barədə qərar qəbul etməsi ilə ölkənin birinci prezidenti Nursultan Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itiriblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev məlumat verib.

 

“Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında” qanun Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi. Nazarbayevin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ var idi. Qanuna görə, birinci prezidentin toxunulmazlığı var idi və bu, Nazarbayevin və onunla birlikdə yaşayan ailə üzvlərinin şəxsi əsaslarla sahib olduqları bütün əmlaka şamil edilirdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.