Kiyevdə helikopter qəzaya uğrayıb - HƏLAK OLANLARIN SAYI 19-A ÇATIB, 29 NƏFƏR YARALANIB
YENİLƏNİB, FOTO

Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb. 


Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.


Yaralılardan 15-i uşaqdır.


Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.


DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.

**12:23

Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.


Bu barədə Ukrayna KİV-i məlumat yayıb.


Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.


Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.


Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

**11:46

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikpter qəzası olub.


Kiyev polisinin rəsmi nümayəndəsi İrina Pryanişnikovaya helikopterin uşaq bağçasının yaxınlığında qəzaya uğraması zamanı 5 nəfərin öldüyünü bildirib.


O, hadisə zamanı yaralıların da olduğunu əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.