
İranın Azərbaycandakı səfirliyi ölkənin Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisinin bağlanmasına münasibət bildirib.
Səfirlikdən BBC News Azərbaycanca-ya bildirilib ki, Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad bir aydır ki, Tehrandadır.
Səfirlikdən eyni zamanda qeyd olunub ki, sözügedən məscid və ofisin bir-birindən ayrı giriş-çıxışı var.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi “Hüseyniyyə” məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin “Hüseyniyyə” məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.