Tarixi Zəfərimizlə həm də 20 Yanvar şəhidlərinin qisasını aldıq - FACİƏYƏ QƏDƏRKİ VƏ ONDAN SONRAKI YOL
TƏHLİL

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. 

 

Bu faciə nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Çünki bu hadisə nəticəsində insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

 

Qəbri azərbaycanlıların deportasiyasının “domino effekti”

 

Əslində 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. 


Belə ki, azərbaycanlıların Ermənistandan deportasiyası ötən əsrin 20-ci illərindən başlamış sonuncu və öz miqyasına, icra üsullarına görə ən dəhşətli mərhələsi 1988-1991-ci illərə təsadüf etmişdir. Müqayisə üçün deyim ki, 1948-1953-cü illərdəki deportasiyadan fərqli olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi.


Ermənilər soydaşlarımızın deportasiyasını onunla əsaslandırırdılar ki, guya azərbaycanlıların yaşadığı torpaqlar tarixən onlara məxsus olub. Halbuki 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. Bu fakt belə bu torpaqların ermənilərə məxsus olmadığını təsdiq edir. Əslində isə ermənilər bu yolla hüquqa zidd əməllərinə haqq qazandırmağa çalışır, gələcək işğalçılıq siyasətini pərdələmək istəyirdilər. 

 

Məsələ ondadır ki, keçmiş Dağlıq Qarabağ və ətraf əraziləri Ermənistana birləşdirmək istəyən ermənilər üçün qərbi azərbaycanlılar ciddi maneə idi. Buna görə də Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə deportasiya həyata keçirirdi. 

 

1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası nəticəsində 250 min soydaşımız qaçqın düşüb. 20 yanvar etirazları əslində həm bu hadisəyə, həm də keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan xalqının etirazı idi. 

 

İlk siyasi etiraz

 

Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib. 

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. 

 

Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd, hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirib.

 

İlham Əliyev və Azərbaycan xalqının demarşı

 

Təəssüf ki, 20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. 1990-cı il yanvar hadisələrindən cəmi 2 ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 613 nəfərin öldürüldüyü Xocalı soyqırımı ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

 

Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır. 

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin qisası mahiyyətini daşıyırdı.

 

Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Lakin həm qayıdışın, həm də münaqişənin birdəfəlik yekunlaşması üçün azərbaycanlı qaçqınların Ermənistandakı əzəli yurd yerlərinə qayıtması da vacibdir. Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.