Erməni lobbisindən pul alan Avropa Parlamenti... AZƏRBAYCANDAN NƏ İSTƏYİR?

18 yanvar tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdi.  Qəbul edilmiş qətnamədə yenə anti-Azərbaycan xarakterli bəndlər yer alıb.

 

Misal üçün, qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialar əks olunub. Diqqətçəkən digər məsələ isə artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinad edilməsidir.

 

Ümumiyyətlə, Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasından başqa bir şey deyil.

 

Birincisi,Laçın yolu blokadada deyil. Azərbaycanlı eko-aktivistlərin Şuşa-Laçın yolunda təşkil etdiyi aksiya həm beynəlxalq hüquqa, həm də Azərbaycan Konstitusiyasına uyğundur. Digər tərəfdən, Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir və Azərbaycan vətəndaşlarının ölkənin digər ərazilərində olduğu kimi burada aksiya keçirmək haqqı var. Avropa Parlamentinin Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddiaları rəsmi Bakının daxili işinə qarışmaq deməkdir. 


İkincisi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənmişdi. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan qoşunlarının tör-töküntüləri hələ də ərazimizdən çıxarılmayıb və bu fakt belə özlüyündə qətnaməni əsassız edir.


Üçüncüsü, 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı partlayışların qurbanı olub. Bundan başqa, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol da hələ açılmayıb. Bu və digər aktual məsələlər kənarda qala-qala Avropa Parlamentinin Laçın yolunun “blokada”da olmasını dilə gətirməsi riyakarlıqdan başqa bir şey deyil.

 

Belə qətnamələr, heç bir vəchlə Azərbaycanın iradəsinə təsir edə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Prinsip etibarilə Avropa Parlamenti Azərbaycanı ittiham edəcək ən sonuncu qurumdur. Belə ki, təşkilat özü də heç süddən çıxmış ağ qaşıq deyil.

 

Ötən ay Yunanıstandan olan vitse-prezident Eva Kailin adı milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəldi. Onu da deyim ki, bu ilk belə hal deyil. Korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentində Eva Kail kimi irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan şəxslər çoxdur. Buna görə də Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi, həmçinin siyasi haqqı yoxdur.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.