
“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev növbəti dəfə İran-Ermənistan münasibətlərinə toxunub.
Senzor.az bildirir ki, o, müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişinin 22 yanvar tarixli buraxılışında İrəvan-Tehran şəhərlərinin qardaşlaşmasından, eləcə də Ermənistan rəhbərliyinin İrana səfərindən danışıb və molla rejimini sərt tənqid edib.
“Uşaqların Qasım Süleymani sevgisi səmimi deyil, təhrikçiliyin nəticəsidir... İranın Azərbaycandakı casusları, dəstəkçiləri Davos forumundan o qədər cahil və cindar görünürdülər ki... Cındır demirəm ha, qarışdırmayın. Elə buna görədir ki, İran adlanan ərazi və əhali məkanının başımızın üstündə İrəvanla qardaşlaşması, “Ya Fatimə” deyilən dilləri ilə Paşinyanın arvadını çağırmaları diqqətsiz qalır.
“Ya Əli” deyən dodaqlar haramcasına “Ya Paşinyan” deyə məscidə donuz bağlayana doğru uzanır. Axı müsəlman olmağın bir şərti də var. Ermənistan kiçik toya qadirdir? Onun cinsini müəyyənləşdirə bilibmi cənab Xamenei?” – deyə Mir Şahin Ağayev hiddətlə vurğulayıb...