Ərdoğanı və Türkiyəni təxribata çəkmək istədilər - BİR DAHA İSVEÇDƏ QURANIN YANDIRILMASI HAQDA

ABŞ Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib.

 

Qurumun sözçüsü Ned Prays deyib ki, bu addım iki dövlətin arasını vurmağa hesablanıb. Onun fikrincə, təxribatçı İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb.


Quranın yandırılması ciddi narazılıqlara səbəb oldu. Nəinki Türkiyə rəsmiləri, hətta digər dövlətlər də sözügedən addımı pislədilər və bunu etiqad azadlığının pozulması kimi qiymətləndirdilər.

 

İsveçdə Quranın yandırılması, özü də bunun nümayişkəranə şəkildə edilməsi təsadüfi ola bilməzdi. Fikrimcə, bu, birbaşa sabotaj cəhdi idi. 

 

Bir çox Qərb ölkələrində, o cümlədən də İsveçdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın mayda keçiriləcək seçkilərdə qalib gəlməsini istəməyənlər var. Düşünürəm ki, Quranın yandırılması ilə Ankaranı oxşar addım atmağa, xristianların müqəddəs kitabı olan İncilin yandırılmasına sövq etmək istəyə bilərdilər. 

Belə olardısa, dünyanın böyük bir hissəsi hakim AK parti iqtidarına qarşı çıxacaqdı. Həmçinin Qərb dövlətlərinin maraqlarına uyğun olaraq Rusiya - Türkiyə münasibətləri pozula bilərdi. Amma Türkiyə buna getmədi, soyuqqanlı davrandı.  


Əlbəttə, N. Praysın səsləndirdiyi ehtimalda da həqiqət payı ola bilər. Amma bu, daha az ağlabatandır. Çünki Stokholmla Ankaranın münasibətləri indi o qədər isti deyil ki, bu əlaqələrə zərbə vurmaq lazım gəlsin. Həmçinin İsveç və Finlandiyanın hazırkı mərhələdə Alyansa üzvlüyü real görünmür. Çünki Ankaranın həmin dövlətlər qarşısında qoyduğu şərtlər yerinə yetirilmir, Madrid razılaşmasına zidd olaraq terrorçular hələ də dəstəklənir. Deməli,   indiki mərhələdə tərəflər arasında münasibətləri pisləşdirmək üçün belə riskli bir addım atmaq ağıllı düşüncənin məhsulu deyil. Və əgər söhbət İsveçin dövlət maraqlarına zərbə vurmaqdan gedirsə, onda həmin təxribatçı addımı atan şəxs məsuliyyətə cəlb olunmalıdır.

 

Bütün hallarda cinayət cəzasız qalmamalıdır. Gələcəkdə oxşar təxribatların təkrarlanması gözləniləndir. Ayrı - ayrı hakimiyyətlər Türkiyə və türk dünyası ilə münasibətlərin korlanmasını istəmirsə, bu cür məsələlərə həssas yanaşmalı, dindən siyasi alət kimi istifadə etməməlidirlər.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.