Vardanyan BBC-nin “Hard Talk” proqramında çaşdı və...
RUSİYANIN SİYASİ LAYİHƏSİ OLDUĞUNU ETİRAF ETDİ

Erməni milyarder Ruben Vardanyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkir.

 

Belə ki, R.Vardanyan müsahibəsi zamanı ona ünvanlanan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb, bəzi suallar qarşısında susmaqla kifayətlənib. Bəzi məqamlarda isə özünü ifşa edib.

 

Misal üçün, müsahibə zamanı diqqətçəkən bir məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması olub. Daha dəqiq desək, Ukraynadakı hadisələr haqda suala cavab verməkdən yayınaraq yenə də ermənilərin “humanitar fəlakəti” haqqında cəfəng danışmağa başlayıb.

 

“Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı”, – o deyib.

 

Vardanyan “beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar” deyərkən əslində özünün kimlərin layihəsi olduğunu da etiraf etmiş oldu. 

Vardanyanın ortaya qoyduğu bu mövqe onun Rusiyanın, Sərkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut etdi.

 

Məsələ ondadır ki, Vardanyan istəsə belə Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər.

 

Rusiya Vardanyandan Qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur.

 

Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolunu  oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir.

 

Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılmasının özü də Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi. Onun bu tipli müsahibələrini, açıqlamalarını yenidən görə bilərik.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.