İrandan gələn erməni təhdidi - VİDEO

İran Ermənistan iqtisadiyyatına sərmayələrini artırmaqla bu ölkəni Rusiyanın nəzarətindən çıxarmağa çalışır. REAL TV bildirir ki, Tehran İrəvana etdiyi yardımları ilə həm də Azərbaycanın həyata keçirdiyi regional layihələri zəiflətməyə çalışır. 

 

İranın ermənipərəst iqtisadi siyasətinin bu iki qoşa xətti Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tehrana səfərində də özünü aydın büruzə verib. A.Akopyan Tehranda yerli istehsalçıların məhsullarının təqdim edildiyi beynəlxalq sərgi salonunda olub. Və belə bir sərgi salonunun Ermənistan məhsulları üçün də açılmasının vacibliyini bildirib. Yəni İran öz bazarlarını Ermənistan məhsulları üçün açmağa çalışır. Və bu məhsulların istehsalı üçün 100-ə yaxın İran şirkəti sərmayə yatırmağı planlaşdırır. Artıq bu şirkətlər üçün İrəvanda  sahəsi 18 min kvadratmetr olan sərgi mərkəzi tikilir. Və İran dövləti bunun üçün 5 milyon dollar vəsait ayırıb. 

 

İrəvan ətrafında İran kapitalı ilə tikilmiş iki metaləritmə zavodu işə başlayıb. Bu zavodlarda Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərindən gətirilmiş filizlər emal olunur. Yəni Tehranın bu sərmayələri birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı istifadə edilib...   

 

Daha ətraflı REAL TV-nin videomaterialında:


     






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.