Türkiyə İsraili sərt şəkildə qınadı - YENİ QARŞIDURMA?

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) yəhudi icmalarının İslam ziyarətgahı olan "əl-Əqsa" məscidinin ərazisində dini mərasimlərin "səssiz" şəkildə icrasını bəyənmiş İsrail Məhkəməsinin qərarını kəskin tənqid edib.
 
Senzor.az bildirir ki, bu barədə “Anadolu” məlumat yayıb.
 
Nazirliyin fikrincə, bu addım "fanatik dairələrin daha da təşviqinə kömək edəcək" və kompleks ətrafında "yeni gərginlik dalğası yaradacaq". 
 
Türkiyə XİN beynəlxalq ictimaiyyəti İsrail hökumətinin "səhv, qeyri-qanuni və təhlükəli" qərarına, həmçinin "əl-Əqsa" ilə bağlı "istənilən təxribata" qarşı qətiyyətlə çıxış etməyə çağırıb.
 
Qeyd edək ki, Qüdsdə İsrail Məhkəməsi işğal olunmuş Şərqi Qüdsdəki "əl-Əqsa" məscidinin İslam ziyarətgahında yəhudilərin dini mərasimlərinin "səssiz" icrasının hüquqazidd hərəkət sayılmayacağı haqda qərar qəbul edib.
 
Bu qərar bütün dünyaya təsir edəcək şiddətli dinlərarası qarşıdurmanın başlanğıcı kimi xarakterizə olunur.
 
Söhbət yəhudilərə heç bir aidiyyəti olmayan sırf müsəlman ziyarətgahından gedir.

Qərar "Qüdsə Dəstək Xristian-İslam Komitəsi" tərəfindən də qınanıb. Komitə hesab edir ki, Məbəd dağı Dünya məhkəməsinin yox, Qüds Vəqfinin yurisdiksiyasındadır. O, Qüds ziyarətgahlarının qoruyucusu kimi İordaniya Kralı II Abdullanı məsələyə müdaxilə etməyə çağırıb.

Senzor.az.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.