ABŞ-ın keçmiş dövlət katibi Ərdoğanın sarayında qapını sındırmaq istəyib
ANKARADA İNSİDENT

Donald Tramp administrasiyasında ABŞ dövlət katibi vəzifəsində çalışmış Mayk Pompeo Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın sarayındakı kabinetin qapısını sındırmağa çalışdığını bildirib. 

 

Senzor.az-ın məlumatına görə, Pompeo bu barədə özünün bu yaxınlarda çapdan çıxmış "Heç vaxt bir qarış da güzəştə getmə: Sevdiyim Amerika uğrunda mübarizə" kitabında yazıb.

 

Keçmiş dövlət katibi bildirib ki, 2019-cu ilin oktyabrında vitse-prezident Maykl Pens ilə birlikdə Türkiyəni Suriyanın şimalında hərbi əməliyyatları dayandırmağa və atəşkəsi qəbul etməyə inandırmaq üçün Ankaraya səfər edib. 

“O, saraya gələndə Ərdoğan dedi ki, vitse-prezidentlə bir neçə dəqiqəlik təkbətək danışmaq istəyir. Onlar kabinetə keçdilər. Yarım saatdan sonra vitse-prezidenti görmək istədiyimi dedim. Amma mənə cavab vermədilər. Daha 20 dəqiqə keçdi və mən qərarımı verdim. Özbaşına dəhlizlə gedərək Ərdoğan və vitse-prezidentin olduğu kabinetin qapısını açmağa çalışdım. Qapı bağlı idi. Daha sonra türk həmkarıma dedim ki, qapını sındıracağam”, - deyə keçmiş dövlət katibi yazıb.

 

Pompeo qeyd edir ki, o, hiyləsinin müqabilində Türkiyə Prezidentinin mühafizəçilərinin müdaxilə edəcəyindən çəkinirmiş, lakin heç kim ona mane olmayıb. Dövlət katibi qapını sındıra bilməyib, onu Türkiyə Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları açıblar. Nəticədə Pompeo içəri keçərək Ərdoğanla Pensi arasında aparılan danışıqlarda iştirak edib.

 

Keçmiş dövlət katibi xatirələrində onu da yazıb ki, görüş zamanı ABŞ nümayəndə heyəti Vaşinqtonun Suriya Demokratik Qüvvələrinin kürd təşkilatına dəstəyini davam etdirmək niyyəti barədə Türkiyə tərəfini məlumatlandıranda, Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və Ərdoğanın mətbuat katibi İbrahim Kalın qəzəblənərək  kabinetdən çıxıblar Pompeo xatırlayır: "Mən heç vaxt otaqda qəzəbin bu qədər tez alovlandığını görməmişdim".

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.