Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: 1 NƏFƏR HƏLAK OLUB, 2 NƏFƏR YARALANIB
YENİLƏNİB, VİDEO

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.


“Mehr” agentliyi xəbər verir ki, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.


"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.


Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.


Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, - deyə polis rəisi vurğulayıb.(APA)

**10:56

XİN Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məlumat yayıb.

 

Məlumatda deyilir ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

 

 Hazırda bu xain hücum üzrə araşdırma gedir.

 

 Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 Allah şəhidimizə rəhmət eləsin!

 

**10:28


Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

 

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

 

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

 

Əsəbi zəif olanların videoya baxması tövsiyə olunmur.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.