Səfirliyimizə edilən hücumun arxasında kim dayanır: ASALA terror təşkilatı yoxsa SEPAH terror təşkilatı?
ŞƏRH, VİDEO

Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum tamamilə siyasidir və məsuliyyəti birbaşa molla rejimi daşıyır. 

 

Belə ki, İranda etiraz aksiyalarının davam etdiyini nəzərə alsaq, məntiqlə İranda nəinki odlu silah, heç soyuq silah belə daşımaq mümkün olmamalıdır. Lakin səfirliyə hücum edən şəxs İranın paytaxtı Tehranda səfirlik binasının önünə qədər “Kalaşnikov” markalı avtomat ilə gəlsə də, heç bir hüquq-mühafizə və ya təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmır.

 

Digər tərəfdən, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarıb xidmətin rəisini qətlə yetirib, iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Bu həmin şəxsin heç də sadə bir şəxs olmadığı, xüsusi təlim keçmiş biri olduğunu deməyə əsas verir.  Mümkündür ki, həmin şəxsin SEPAH ilə birbaşa əlaqəsi var.  

 

Molla rejiminin ASALA cəhdi 

 

İran tərəfi ilk öncə hadisəni törədən şəxsin erməni olduğuna dair informasiya yaysa da, daha sonra məlum oldu ki, hadisəni İran vətəndaşı Yasin Hüseynzadə törədib.

 

Görünür, molla rejimi hadisəni Ermənistan-Azərbaycan gərginliyinə yönəldərək məsuliyyətdən yayınmağa cəhd göstərmək istəyib. Yəqin düşünüblər ki, səfirliyimizə edilən hücumun tarixinin 27 yanvar olması hadisənin ASALA terror təşkilatı tərəfindən törədildiyini əsaslandırmaqda onların karına gələcək. Qeyd edim ki, ASALA terror təşkilatının üzvü Qurgen Yanikyan ABŞ-da türk səfir Mehmet Baydar və Bahadır Dəmiri 1973-cü ilin məhz 27 yanvar tarixində Santa Barbaradakı Baltimore otelinə dəvət edib və teraktı orada həyata keçirib.

 

Hadisənin İran vətəndaşı Yasin Hüseynzadə tərəfindən törədildiyi aşkarlanmasaydı, mümkündür ki, bu hadisənin məsuliyyətini ASALA terror təşkilatı üzərinə götürəcəkdi.

Nəticə etibarilə İran rejiminin bu ucuz planı iflasa uğradı. Bu hadisənin məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır.

 

Bakının səfirlik həmləsinə, Tehranın səfirliyə hücum cavabı

 

Hadisənin molla rejimi tərəfindən birbaşa sifarişlə həyata keçirildiyinə dəlaklət edən bir nüans da onun, yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Xarici İşlər Nazirliyi mərkəzi aparatının yüksəkvəzifəli şəxslərinin iştirakı ilə keçirilən görüşündən və Muxtar Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfir təyin edilməsindən heç də uzun olmayan müddətdən sonra baş verməsidir. 

 

Aydın məsələdir ki, rəsmi Bakı İranın sərgilədiyi ermənipərəst mövqe və təhdidkar ritorikaya cavab olaraq İsraildə səfirlik açmaq qərarına gəldi. Bununla Azərbaycan İrana ondan çəkinmədiyini və nə qədər qərarlı olduğunu göstərdi. 

 

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum ilə İran Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən Bakının İsraildə səfirlik açması ilə barışmayacağını demiş oldu. Tehran görünür, bununla həm də səfirlik açılacağı təqdirdə başda İsrail olmaqla digər ölkələrdəki səfirliklərimizə də mümkün hücumların ola biləcəyi mesajını verir.

 

Bakının cavabı necə olmalıdır?

 

Azərbaycanın İrandakı səfirliyinə edilən hücum hər şeydən öncə diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Hadisənin molla rejimi tərəfindən törədildiyi  təsdiqlənərsə və rəsmi şəkildə elan edilərsə bu artıq müharibə səbəbidir. 

 

Rəsmi Bakı ilk növbədə Vyana Konvensiyasının kobud şəkildə pozulmasını əsas gətirib İrana sərt nota verməlidir. Hadisə ilə bağlı araşdırmanın nəticəsindən asılı olaraq diplomatik korpusumuz  geri də çağırıla bilər. 

 

Turan Rzayev,

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.