
“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.
Senzor.az-ın məlumatına görə, hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını, ümumiyyətlə orada heç bir beynəlxalq qanunun işləmədiyini bildirib: “İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.
Konkret bu hadisəyə gəlincə, onu "razılaşdırılmış terror aktı" adlandıran jurnalist daha sonra deyib: “Mən bir Azərbaycan vətəndaşı və bir jurnalist olaraq yox, həm də sadəcə bir insan olaraq düşünürəm ki, abır, həya heç olmasa varsa, Xamenei üzr istəməlidir Azərbaycan xalqından. Azərbaycan dövlətindən məhz Xamenei üzr istəməlidir. Çünki İran İslam Respublikasının rəhbəri Rəisi deyil...”.
Daha ətraflı videomaterialda: