
SEPAH-ın polkovniki Azərbaycan səfirliyinə edilən xain hücumun anonsunu bir neçə ay öncə veribmiş.
Bu barədə “Azad İran” “Telegram” kanalının məlumatında deyilir.
Məlumata əsasən, SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən biri olan polkovnik Həbib Babayi bir neçə ay əvvəl Rusiyada gizlənən və Azərbaycana qarşı çağırışlar edən talış sepratçılarının rəhbərlərindən Zabil Məhərrəmova müsahibəsində naxçıvanlı sürücülərə, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçiriləcək hücum planları haqqında danışıbmış...