Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb, bu qərar Təbrizdəki Baş Konsulluğun fəaliyyətinə şamil olunmur.
Senzor.az bildirir ki, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, bu gün yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.
Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.