"Rusiyanın müdafiə naziri və beş müavinindən heç biri orduda xidmət etməyib"
GENERAL RUTSKOY UKRAYNADAKI UĞURSUZLUĞUN SƏBƏBİNİ AÇIQLADI

Rusiya Federasiyasının keçmiş vitse-prezidenti, istefada olan general-mayor Aleksandr Rutskoy Müdafiə Nazirliyinin rəhbərliyini tənqid edib və Ukraynaya qarşı müharibəni “faciə” adlandırıb. 

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, Rusiya ordusunun strateji hücum əməliyyatları keçirə bilmədiyini bəyan edib.

 

"Bu cür əməliyyatların keçirilməsi üçün müvafiq silahlı qüvvələrin olması lazımdır. Əgər silahlı qüvvələrin operativ-strateji hücum əməliyyatları aparmaq imkanı yoxdursa, o zaman ölkədən kənara müdaxilə etməmək daha yaxşıdır",- deyə rus general bildirib.

 

Rutskoy həmçinin vurğulayıb ki, 22 ildir Rusiya silahlı qüvvələrinə heç vaxt orduda xidmət etməyən və klassik hərbi təhsili olmayan şəxslər rəhbərlik edir.

 

“Müdafiə nazirimizin özü və beş müavinindən heç biri ümumiyyətlə orduda xidmət etməyiblər. Bu necə Müdafiə Nazirliyidir?” - deyə o, sual edib.

 

Sonda general Rutskoy Rusiyanın hərbi qələbəsinin heç bir yolunu görmədiyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.