“Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tədricən öldürülür”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Tvitter” hesabında yazıb.
“XXI əsrdə Avropada bir insanın faktiki olaraq açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır”, - Zelenski qeyd edib.
"Onun həyatı üçün təhlükə olduğunu nəzərə alaraq, mən Gürcüstanın hakimiyyət orqanlarını Avropa insan hüquqlarının müdafiəsi normaları üzrə öhdəliklərini yada salmağa, sui-istifadəyə son qoymağa və Mixeili azad etməyə çağırıram! Mən dünyanı Mixeilin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıram", - Ukrayna lideri vurğulayıb.
Zelenski Saakaşvilinin fotolarını da paylaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Saakaşvili başına gələnlərin Ukrayna lideri üçün mesaj olduğunu bildirib. “Mənim başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün açıq “mesaj”dır, - sabiq prezident bildirib.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra Gürcüstana gələrkən saxlanılıb. O, sərhədi qanunsuz keçməkdə ittiham olunub.
Right now, citizen, former Georgian President
— Володимир Зеленський (@ZelenskyyUa)