İran terroru genişləndirir: SƏFİRLİK VƏ SİNAQOQ TERAKTINDAN SONRA TÜRKİYƏ HƏRBİ BAZASI…
TƏHLİL

Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazası artilleriya qurğuları ilə atəşə tutulub. Hücumun məsuliyyətini “Əhrar əl İraq” terrorçu qruplaşması öz üzərinə götürüb.

Türkiyə Milli Müdafiə Nazirliyi terror hücumu zamanı heç bir tələfatın olmadığını bildirib.

 

Tehrandan Ankaraya mesaj

 

Türkiyə Ordusunun Başika hərbi bazasına edilən hücum təsadüfi deyil. Düzdür, ilk dəfə deyil ki, Türkiyənin Şimali İraqdakı hərbi bazasına hücum edilir. Misal üçün, “Əhrar əl-İraq” qrupu 2022-ci ildə Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına da edilən hücumu üzərinə götürmüşdü. Bununla belə, budəfəki hücumun pərdəarxası bir çox məqamı var. 

Məsələ ondadır ki, Türkiyə Ordusunun Başika hərbi bazasına edilən hücumun pərdəarxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt hadisənin “Əhrar əl-İraq” qrupu tərəfindən törədilməsidir. “Əhrar əl-İraq” qrupu isə  İran tərəfindən maliyyələşən “Haşdi Şabi” terror qruplaşmasına bağlıdır.

 

İranı Türkiyə ilə bağlı bir çox məqam narahat edir.

Birincisi, Türkiyənin İraqda hərbi varlığı və keçirdiyi antiterror əməliyyatları İranın Şimali İraq üzərindən Suriyaya, Livana və Fələstinə silah daşımasına ciddi maneə törədir. Xüsusilə qeyd etmək lazımdır ki, Başika hərbi bazası İranın qeyd edilən ölkələrə silah-sursat daşındığı əsas əraziyə yaxındır.

 

İkincisi, rəsmi Ankaranın İsrail ilə yaxınlaşması, münasibətləri normallaşdırması Tehranı sözün əsl mənasında panikaya salıb. İran xarici siyasətinin prioritet istiqamətlərindən biri də Təl-Əviv-Ankara münasibətlərini daim gərgin saxlamaq, ehtimal yaxınlaşmaların qarşısını almaqdır. Lakin son zamanlar iki ölkə arasında Azərbaycanın vasitəçiliyi, eyni zamanda diplomatik fəaliyyəti ilə baş tutan yaxınlaşma İranın maraqlarına uyğun deyil. 

Üçüncüsü, bir neçə gün öncə Azərbaycanın Tehranda səfirliyinə hücum edildi. Bu hadisə İranın molla rejimi tərəfindən həyata keçirildi. Hadisədən sonra rəsmi Bakıya, hər zaman olduğu kimi, Türkiyədən ciddi dəstək gəldi. Dövlət başçıları, rəsmilər səviyyəsində təmaslar quruldu, hadisənin yerindəcə dəyərləndirilməsi aparıldı. Məhz bu hadisə sonrasında Türkiyənin İraqda hərbi bazasında İran tərəfindən dəstəklənən terror qrupunun hücum etməsi Tehranın Ankaranın bu məsələdə mövqeyindən narahat olduğunu göstərir.

 

Türkiyə hərbi bazasına edilən hücumu, Azərbaycan səfirliyinə qarşı törədilən teraktın və İsraildə sinaqoqda baş tutan terror hadisəsinin davamı kimi qiymətləndirmək olar.

 

Bu, faktiki olaraq bir daha onu sübut edir ki, molla rejimi Bakı-Ankara-Təl-Əviv üçlüyünə qarşı hibrid müharibə elan edib. Hər üç hadisənin motivi fərqli olsa da, məğzi eynidir.

 

Ankaranın cavabı…

 

Türkiyəni bu tip hücumlar ilə qorxutmaq mümkün deyil. Rəsmi Ankara bu hücuma misli ilə cavab verəcək. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akarın son açıqlaması – ən son terrorçu zərərsizləşdirilənə kimi mübarizənin davam edəcəyini vurğulaması da təsdiqləyir.

Türkiyə İraqda keçirdiyi antiterror əməliyyatlarının miqyasını gücləndirə, “Həşdi-Şabi” və ona bağlı “Əhrar əl-İraq” qruplarına aviasiya zərbələri endirə bilər.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.