Əfqanıstanın keçmiş prezidenti Omandan ABŞ-a getmək istəyir? YENİ İDDİA

Dünən “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstan paytaxtını zəbt etdikdən sonra ölkəyə nəzarəti tam ələ keçirmiş oldular. 
Silahlıların Kabilə girməsi ilə bağlı məlumatların yayılmasından dərhal sonra ölkə prezidenti Əşrəf Qani Əfqanıstanı tərk etdi. Bundan sonra yaraqlıların Prezident sarayına daxil olmaları ilə bağlı videogörüntülər yaydılar.

 
Hazırda Əşrəf Qaninin yeri müəmmalı olaraq qalır. Keçmiş prezidentin Tacikistana, oradan isə Omana uçduğu söylənsə də, bu informasiya rəsmən təsdiqini tapmadı. Daha sonra mediada onun Qazaxıstana qaçması iddia olundu. Bu gün isə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov RİA Novosti-yə verdiyi açıqlamada Əfqanıstan liderinin Qazaxıstana sığınmadığını bildirib.
 
Özbəkistan rəsmiləri də Qaninin harada olmasından xəbərsiz olduqlarını bəyan ediblər. RİA Novostinin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Əfqanıstanın Daşkənddəki səfirliyində keçmiş prezidentin Özbəkistanda olması barədə heç bir informasiya yoxdur.
 
Xatırladaq ki, "New York Times" Doha danışıqlarındakı Əfqanıstan nümayəndə heyətinin adı açıqlanmayan bir üzvünə istinad edərək məlumat yaymışdı ki, Qani həyat yoldaşı Rula və iki müşaviri təyyarə ilə Özbəkistana gedib. Daha sonra isə keçmiş prezidentin şəxsi mühafizəçisi Qətərin "Əl-Cəzirə" telekanalına Qaninin Daşkəndə uçduğunu təsdiqləmişdi.
Bir az əvvəl isə Qaninin harada olduğu barədə yeni məlumat yayılıb. “Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, Qəni prezident administrasiyasının rəhbəri Fəzli Mahmud Fəzlinin və milli təhlükəsizlik müşaviri Həmdulla Muhibin müşayiəti ilə əvvəlcə Tacikistana uçub. Onun təyyarəsi bir müddət Tacikistan hava məkanında qalıb və aviadispetçerlərin sonrakı uçuş marşrutunu razılaşdırmasını gözləyib. Dispetçerlər marşrutu Özbəkistan, Türkmənistan və İran hakimiyyəti ilə razılaşdırıblar, bunun ardınca Qəninin təyyarəsi həmin ölkələrin hava məkanından keçərək Omana uçub. Bildirilir ki, Oman hakimiyyəti ona siyasi sığınacaq verəcək.
 
Marşal Əbdürrəşid Dostumun qızı Rohila da təsdiq edib ki, Qəninin təyyarəsi əvvəlcə Düşənbə üzərində dövrə vurub, daha sonra Omana kurs götürüb.
Dünyanın bəzi tanınmış xəbər saytları isə Əşrəf Qaninin Omandan ABŞ-a gedə biləcəyi ilə bağlı iddialar irəli sürüblər.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.