İRAN AZƏRBAYCANA NƏLƏRİ BAĞIŞLAYA BİLMİR? - Bir daha Tehrandakı terakt, İsrail, Ərdoğan və molla rejiminin içimizdəki "nüfuz agentləri" haqda...
MİR ŞAHİNDƏN NÖVBƏTİ MÖHTƏŞƏM ŞƏRH

“...Biz daha İrana etibar etməməkdə tam haqlıyıq. Nə dirimizi, nə ölümüzü... Tehranın el gözünə artistlik etməsinə də ehtiyac yoxdu. Əvvəl terror et, qətlə yetir, yarala, sonra da guya hörmətlə yola salırsan? Kimə gəlirsən? Keçməz. Şərəfli tabut şərəfli çiyinlərə yaraşar. Azərbaycandan Əlini çək!


Tabutu düşmən əlindən almaq, bu şəkildə almaq (!!!) jesti  “ölsəniz üstünüzə gəlməyəcəyik, öldük, üstümüzə gəlməyin!” demək idi. Terrorçu tabut daşımaz, məsuliyyət daşıyar. Biz bunu gözləyirik. Məsuliyyətin ağırlığı bu tabutdan dəfələrlə artıq olacaq! Əminik buna. Biz bu terrorun səbəblərini, keçən dəfə elan etdiyimiz kimi, yaxşı bilirik. Tehran bu addımla İsraildə səfirlik açmağımıza cavab verdi. Əmmaməlilər-məməlilər elə zənn edirdilər ki, Azərbaycanın İsraildəki Səfirliyinin fəaliyyətinə bu yolla mane olacaqlar, öz aləmlərində guya bizə xox gəlirdilər, sərhədimizdə, qapımızda əzələ oynadırdılar... Xoruzun quyruğu, yaxud saqqalı göründü. Biz hələ hadisənin ilk təhlili zamanı bildirdik ki, Londondakı səfirliyimizə edilən hücumun da qibləsi Tehran idi. Nə qədər əba-qəba dəyişsələr də. Üslub eyni idi”.

 

Senzor.az bildirir ki, bunları REAL TV-nin rəhbəri Mir Şahin Ağayev dünən sözügedən kanalda müəllifi və aparıcısı olduğu "Mirşahinin vaxtı" proqramında deyib.


Məşhur jurnalist sözlərinə davam edərək daha bir neçə vacib məqama aydınlıq gətirib: “İran həm də bilirsiz nəyi bağışlaya bilmir Azərbaycana? Təkcə qələbəni yox. Təkcə qanuni sərhədlərimizə çıxaraq dövlət hüdudlarımızı tam nəzarətə götürməyimizi yox. Həm də Türkiyə ilə müttəfiqliyimizi. Şuşa bəyannaməsini. Bu qüdrətli qardaşlığı bağışlaya bilmir Tehran!


Birliyimizi bağışlaya bilmir İran! Böyük Türk İttifaqı ilə barışa bilmir. İranın sınıq-salxaq namərd körpüsünün qabağına çıxardığımız mərd körpüsünü bağışlaya bilmir.

 

Qarsda hərbi təlimlərdə Türkiyə və Gürcüstan ordusu ilə birlikdə qara-çovğuna meydan oxuyan qurd ağzı kimi odlu Azərbaycan döyüşçülərinin Turan birliyi qarşısında nə qədər zavallı göründüyünü başa düşür.

 

Budur əsas səbəb. İranın arxadan bıçaq saplamasının səbəbi sadədir. Mövludu bu həftəyə təsadüf edən Həzrət Əlinin Zülfüqarından üzdə danışıb arxada Şümr Zilcovşən namərdliyi etməkdi İranın terror aktı. İran Türk birliyinin məruz qaldığl ikili standartlardan məharətlə bəhrələnə də bilir. Məsələn, deməli, bütün dünyanın gözü qabağında terroru edən İran. Amma Birləşmiş Ştatlar, Niderland, isveçrə, İsveç, Almaniya, Belçika, Fransa, İtaliya... Türkiyədəki konsulluqlarını bağlayıb. Belə olmur axı. Axı “Mumu”nu Turgenev yazıb? Onda heykəli niyə Puşkinə qoyurlar?! 

 

Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən qorxurlar, yaxşı edirlər, qorxmalıdırlar, çünki böyük türk birliyinin gücünə bələddirlər.


Burası aydındır. Tarixdə elə məqamlar yaranır ki, dövlətin və millətin taleyində şəxsiyyətin rolu həlledici olur. Və xalq hətta bütün qanunların əksinə olsa belə, öz liderini, hakimiyyətdən buraxmamaqdan ötrü yollar axtarıb tapır. Türkiyədə bu gün məhz o məqamdır. Türkiyənin qalxmasından, güclənməsindən, güclənməsi ilə böyük Turanı da gücləndirəcəyindən qorxanlar var. Amma axı ortada qatı terror aktı var! Terrorçu İran var! Axı biz qətiyyəti İrana qarşı gözləyirdik. Terrorçu dövlətə yəqin ki, yalnız “ay səni!” deyə barmaq yelləmək kifayət deyil. İran Perinbel kənd orta məktəbinin şüşəsini sındırmayıb e. Bir dövlətə terror edib. Multikultural, planetar, bəşəri, dünyəvi Azərbaycana! Bu dövlətin ərazi bütövlüyünə qəsd edib. Qətlə yetirib! Yaralayıb. İranı bir terror dövləti kimi cəzalandırmaq Dünya Güclərinin, BMT-nin haqqıdır. Ona qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir. Axı biz hələ də sadədil, məsum uşaq kimi beynəlxalq ədalətə, haqqın təntənəsinə inanırıq. Ona görə, Ermənistanı Haaqa məhkəməsində, Haqq məhkəməsində mühakimə edirik. Ona görə REAL TV-nin Avropa Bürosu Haaqadan Ermənistanı verdiyimiz məhkəmədən bir gündə 5-6 dəfə canlı bağlantı edirdi...

 

...Belə bir məhkəmədə İranın da cavab verəcəyi gün gələcək! Biz o dünyanı, axirəti, məhşəri gözləyə biləcək qədər səbirli ola bilmərik. Belə böyük səbir yalnız Allaha məxsusdur. Biz sadəcə bəndələrik”.


Verilişin bu yerində Mir Şahin Ağayev molla rejiminin Azərbaycandakı dəstəkçilərinə səslənib: “İndi isə İranın Azərbaycandakı qulbeçələri, qulfərələri, Sizi bir az yaxına dəvət edirəm. Buyurun... Uzun illər üstdə üzü Kəbəyə, amma altda Tehrana, onun üst-başını qum basmış tozlu saqqal Amililərinə doğru namaz qıldınız. Özünüzü inandırdız ki, İran minarələrindən ucalan azan sizə düz yol göstərəcək. Amma elə bu azanla da azdız. İndi bizim məscidlərin, minarələrin özünü, sözünü ortaya qoymaq məqamıdır. Bizə uzun illər Kərbəlada, novcavan Qasimin şəhadət ərəfəsində zifaf otağını təbliğ edənlər əslində altdan-altdan Süleymani Qasimi ruhumuza itələyirmişlər. Bizim müqəddəs Fatimeyi Zəhramızın adı arxasında gizlənərək payəndazı Anna Akopyanın ayaqlarına biçirmişlər. Bax bu əmmamələrin altında Ermənistan donuzları ilə qiblə bölüşən allahsızlar da çoxmuş...

 

...Biz İrandan nə istəyirdik ki: İlahi ədaləti tanımasını! Azərbaycanın yanında - Azərbaycan haqlı olduğuna görə, - olmasını. Axı Haqq Allahdır! İran isə ermənilərlə birlikdə olmaqla sübut etdi ki, məscidlərimizə donuzu şərikinə bağlayıblar... Siz nəyi gözləyirsiz: Azərbaycanın bütün məscidlərində eyni gündə eyni saatda İranın terror aktını lənətləyən vəhdət xütbəsi oldumu? Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin adını çəkənlər, indi buyurun, Şeyxin arxasında bəlkə bir dövlət namazına durasınız! Vəhdət adına, Birlik adına! Hüquq mühafizə orqanlarının apardığı əməliyyatlar göstərir ki, alnınızı qoyduğunuz möhür heç də həmişə Azərbaycan torpağına qoyulmayıb. Siz Qarabağı, Şərqi Zəngəzuru Azərbaycan dövlətinin yox, islam dünyasının torpağı sayanların yanında olmusunuz, bununla da ərazi bütövlüyümüzü şübhə altına almısınız! Terrorçu İranla birlikdə olan yerli “iranlılarımız” siz şəhidlərimizin qanına xəyanət etmisiniz”. 

 

REAL TV-nin rəhbəri Tehranın terroruna münasibətdə susqunluq nümayiş etdirən ziyalılara da müraciət edib: “Bu saat Azərbaycan ziyalılarının, onun yazıçılarının, şairlərinin, incəsənət, mədəniyyət adamlarının tribunalarda, mediada, radio və televiziyalarda, ən azı sosial şəbəkələrdə bir-birinə aman vermədən mövqe nümayiş etdirmək zamanıdır. İndi nə deyəcəklər, yenə də deyəcəklər ki, sifarişlə işləmirlər? Bəlkə elə sifarişə işləyirlər!?! Mən medianın təşəbbüsü ilə bəyan edilən xalaxətrin mövqeləri nəzərdə tutmuram. Yandırılan Qurana canınız yanmadı, başa düşdük, amma Tehranda Azərbaycanın səfirliyində şəhid olmuş gəncimizin anasının, atasının, balalarının yanan canına da soyuqsunuz belə. Hanı yaradıcı ittifaqlarımızın bəyanatları, xarici dillərə tərcümələri?! Heç olmasa video bağlantılarla ictimai aksiyalar keçirmək olar axı?! Amma Allah xatirinə,  bu müraciətdən sonra mənim telefonuma, e-mail ünvanıma əttökən-əttökən şeirlər, hekayələr  göndərməyin! Bilirsiz mən nəyi nəzərdə tuturam? Sizin ictimai fəallığınızı... Sadəcə!”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.