
"Zəlzələ zamanı həyatını itirənlər şəhiddir".
Senzor.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri bu gün zəlzələdən ən çox zərər çəkən 10 əyalətdən biri olan Adıyamanda çıxışı zamanı deyib.
O bildirib ki, İslam inancına görə, təbii fəlakətlər nəticəsində həlak olanların məqamı şəhadət, şəhidlik hesab olunur.
Çıxışı zamanı üstüörtülü şəkildə müxalifəti hədəf alan Ərdoğan xalqı bu hadisədən sui-istifadə edənlərə inanmağa çağırıb: "Bu işdən sui-istifadə edən heç bir vətəndaşa, heç bir quruma və ya siyasi partiyaya inanmayın. Birlik və həmrəyliyin lazım olduğu bir zamanda bundan sui-istifadə edənlərə haqq verməyin. Bu millət alicənabdır, bu soysuzlara zamanı gələndə cavab verəcək".
**16:32
“94 ayrı ölkədən gələn yardım təklifləri çərçivəsində heyətlər ölkəmizə gəlməyə davam edir”.
Bunu Adıyamanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, 141 mindən çox şəxsi heyətin zəlzələ bölgəsində çalışmasına baxmayaraq, vaxtında müdaxilədə çətinlik olub: “Hazırda xaricdən və ölkəmizin dörd bir yanından ölkəmizə yardımlar göndərilir”.
O, bütün vətəndaşlara müraciət edib: “AFAD-la və ya Qızıl Aypara ilə əlaqəyə keçmədən yardım toplayıb yola çıxmayın. Qarşıdakı aylarda yarana biləcək ehtiyaclar üçüm yardımların koordinasiyalı olması çox vacibdir. AFAD-a göndərilən maddi yardımların hamısı zəlzələ bölgəsinə xərclənir”.
Ərdoğan qeyd edib ki, zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək.
“Eyni zamanda, 1 il içərisində dağılan binaları yenidən inşa edəcək və sahiblərinə təslim edəcəyik”, – Ərdoğan əlavə edib.

**16:25
"Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydıyamanda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas prioritet insan amilidir: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir”.
**15:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamana gedib.
Senzor.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Dövlət başçısı ərazidəki mövcud durumla tanış olur, axtarış-xilasetmə işlərinin gedişatı ilə bağlı məlumat alır.
Bildirilib ki, Ərdoğan Adıyamandan sonra Malatyaya gedəcək.