
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova zəng edib.
Senzor.az bildirir ki, bu barədə görüntülər İTV-də yayımlanıb.
“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərirsən, minnətdar olaram”, - deyə S.Soylu vurğulayıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları qardaş ölkəyə yola salınıb.
Həmin görüntüləri təqdim edirik: