Zəlzələdə təkcə yerin altı üstünə çevrilmir… - BAZAR GÜNÜ REAL TV-də SƏRT VƏ AMANSIZ HƏQİQƏTLƏRİN PARADI OLACAQ
MİR ŞAHİN MÜƏLLİF PROQRAMININ NÖVBƏTİ BURAXILIŞININ ANONSUNU VERDİ

“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Mir Şahin Ağayev Facebook-da maraqlı bir qeyd paylaşıb. 

Əslində həmin qeydi onun müəllifi və aparıcısı olduğu, hər həftənin bazar günü axşam efirə gedən “Mir Şahinin vaxtı” proqramının növbəti buraxılışının anonsu da adlandırmaq olar.

Məşhur jurnalist bu dəfə tamaşaçılarına – dostlarına və “dostlarına” nələrdən və kimlərdən danışacaq? 

 

Senzor.az REAL TV rəhbərinin həmin statusunu təqdim edir…

 **

 … Zəlzələ-silkələnmədir, tərpənmədir, laxlamadır, çalxalanmadır. Bu proses zamanı təkcə yerin altı üstünə çevrilmir. Həm də dünyagörüşləri, yanaşmalar, psixologiyalar, daxili vəziyyətlər, mənəvi dəyərlər üst qata sıçrayır. Çalxalandlqca, bulandıqca … nehrə kimi… yağı yağ üstə çıxır, ayranı ayranlıq olur! 

 

Türkiyə-Azərbaycan Təkmillətliyi son müdhiş təkanlar sisteminin təsiri altında malik olduğu bütün keyfiyyətləri qabarıq şəkildə nümayiş etdirdi: Pisini də, Yaxşısını da. Xeyirini də, Şərini də. Biz doğrudan bir millətik. Elə ona görə daxili zadəganlığımız, böyüklük və müdrikliklərimiz kimi… qaragüruhlarımız da birdir. Türkiyənin də öz Yaqublusu var, öz Kərimlisi, öz Osmanqızı, öz Hacıbəylisi-bir sözlə öz Ayıb Yerləri var! Bu Bazar Günü-12 Fevralda biz məhz bu mövzuda danışacağıq. 

 

Dostlar və “dostlar”! 

 

Sizi Bazar Günü sərt və amansız həqiqətlərin paradı gözləyir.  Türkiyədə insan ölümü faktını Dövlətin Ölümü uğrunda istifadə etmək istəyənlərə də sözümüzü deməliyik və deyəcəyik. Çünki Türkiyə həm də Azərbaycandır! 

 

Ərdoğanın kölgəsini Qılıncdaroğlulayanlar! “Mir Şahinin vaxtı”na Siz də baxın! İki dövlətin bir millətinin marginalları! 

 

Amma  bu da keçəcək. Dağıntılar altından qalxan Türk daha güclü, Türkiyə daha əzəmətli olacaq! Amma sizin mənəvi xarabalıqlarınız sizin əbədi qəbristanlığınız olacaq! Torpağınız sanı yaşamayasınız! Fəlakət Qurbanlarına Rəhmət, Türkiyəni Fəlakətə qurban vermək istəyən fürsətcillərə isə lənət!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.