Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərk ölənlərin sayı 30-a çatıb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saxta içki satışı ilə bağlı 9 nəfər şübhəli şəxs saxlanılıb.
Saxlanılanlardan 3-ü azərbaycanlıdır. İstintaqın məlumatına görə, saxta içkini topdansatış ticarət bazasına məhz onlar veriblər. Dörd yerli sakin isə içkini topdansatış bazasından götürərək mağazalara, o cümlədən müxtəlif kəndlərə nəğd və nisyə paylayıb.
1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, saxta spirtli içki səbəbindən zəhərlənən 54 nəfər hazırda xəstəxanadadır.
Ölənlərin və zərərçəkənlərin orqanizmində həkimlər ölümcül dozanı 4-5 dəfə keçən təmiz metanol aşkar ediblər. Həkimlər deyirlər ki, metanolun qəbulundan sonra insan huşunu tamam itirir, bütün reflekslər yoxa çıxır, ürək, eləcə də tənəffüs fəaliyyəti pozulur və ölüm baş verir.