Yunanıstanın XİN başçısı Türkiyəyə gəldi: “DƏSTƏYİMİZ YARDIMLA BİTMƏYƏCƏK”
YENİLƏNİB, FOTO

“Türkiyəyə dəstəyimiz yardımla bitməyəcək”.


“Report”un xəbərinə görə, Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu fikirləri bildirib.


“Türkiyəyə dəstəyimiz yalnız zəlzələ ilə əlaqədar olmayacaq”, - o deyib.


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Hataya gedən nazir bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisdən aldığı göstəriş əsasında Türkiyəyə dəstəyini əsirgəməyəcək: “Həmkarım Cavuşoğlunun fikirlərinə mən də qoşuluram, Türkiyə ilə əməkdaşlığımızın düzəlməsi üçün üçün daha bir zəlzələ fəlakətinin baş verməsini gözləməməliyik”.

**14:14

Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər. 


Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər,  xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.


Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib. 


Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.