Təbrizdə Bakıya qarşı "etiraz aksiyaları"... - ARXASINDA KİM DAYANIR?
FOTO

İran rejimi və onun aparıcı qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycana qarşı informasiya və təbliğat müharibəsini davam etdirirlər. 

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki,  son məlumatlara görə, bu müharibədə Azərbaycan amilindən istifadəyə cəhdlər edilir.

 

Sayt xatırladır ki, Cənubi Azərbaycanda yaşayan on milyonlarla azərbaycanlının Tehranın Bakıya düşmən münasibətini dəstəkləmədiyini bilən teokratik rejim ötən şənbə günü Təbrizdə rəsmi Bakının siyasətinin "cənub azərbaycanlıları tərəfindən rədd edilməsinin əsl xarakterini" göstərmək üçün "inzibati etiraz mitinqləri" təşkil edib.

 

İran mətbuatında yayılan xəbərlərə və videolara görə, Təbriz küçələrində təşkil edilən anti-Azərbaycan aksiyası izdihamlı olmayıb. Cəmi bir neçə yüz nəfərin iştirak etdiyi yürüş iştirakçıları “Bakı mediasının İrana qarşı təhqir və böhtanlarına” etiraz ediblər. Onların gətirdikləri plakatlarda “Xalq qəzeti”nin adı gözə dəyib.

 

Bu hadisələri şərh edən İran təbliğatı azərbaycanlıların "özlərini iranlı hesab etdiklərini" iddia edib. Haqqin.az isə bunu molla rejiminin son proseslərdən narahatlıq keçirməsi ilə izah edib: “Görünür, "İslam İnqilabının Azərbaycana ixracı" planlarında uğursuzluğa düçar olmuş İslam İnqilabı Keşikçiləri Korpusu indi Cənubi Azərbaycanda on milyonlarla azərbaycanlının Tehranın Bakıya qarşı düşmən siyasəti fonunda yeni milli azadlıq hərəkatına başlaya biləcəyindən narahatdır”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.