İranın sonuncu nəfəsliyi də bağlanmaq üzrədir –
İRAQDAKI PARLAMENT SEÇKİLƏRİNİN ÖNƏMİ
 

Bu gün İraqda keçirilən seçkilərdə ölkənin taleyi həll olunacaq. Seçkilər - 2019-cu ildə İraq xalqının İran işğalına qarşı başlatdığı dirənişdən sonra keçirilən ilk seçkidir və bu üzdən ona böyük ümidlə yanaşılır. 
 
İraqda İranın vəkili kimi çıxış edən və 2014-cü ildən bəri hakimiyyəti öz əlində cəmləşdirən Həşdi-Şabi zülmünə qarşı hətta ən aşırı şiələrin belə, dinc mübarizə ümidinə çevrilən seçkilərin Körfəz Əməkdaşlıq Təşkilatının nəzarəti altında keçirilməsi təsadüfi deyil. Bu, İraq xalqının İran zülmündən qurtuluş mübarizəsinə ərəb ölkələrinin verdiyi ən önəmli dəstəkdir. Məqsəd ölkəni İranın təsir dairəsindən xoşluqla qurtarmaqdır. Amma Həşdi-Şabi timsalında İran da İraqdakı hakimiyyətini asanlıqla əldən verməməyə çalışacaq. Odur ki, seçkilərin Həşdi Şabinin xeyrinə saxtalaşdırılması gözlənilir və İraqdan gələn bəzi məlumatlar bu qənaəti gücləndirir. 
  Zənnimizcə, İran İraqdan dinc yolla əl çəkməsə, 2019-cu ildəki vətəndaş itaətsizliyi yenidən təkrarlana və Ərəb Liqasının da yardımları ilə etirazlar vətəndaş müharibəsinə çevrilə bilər. Bu da İranın qərb sərhədlərindəki yeganə qapısının da bağlanması anlamına gəlir.
 
Qeyd edək ki, İraq İranın əlində qalan yeganə zəngin ölkələrdən biridir. İraqla ticarət əlaqələrinin kəsilməsi İran üçün ölümcül zərbə olar. Odur ki, Tehranın son ana qədər İraqda dirəniş göstərəcəyi gözlənilir.
Seçkilərdə namizədlərin çoxluğu da prosesə daha çox insanın cəlb olunması məqsədi daşıyır. Məlumata görə, 329 deputat yeri uğrunda 3 min 249 namizəd yarışır. Namizədlərin hər birinin öz ətrafını aktivləşdirməsi seçkilərdən sonra narazıların etiraz aksiyasına daha rahat çıxmasını da asanlaşdıracaq.
  Bir sözlə, İranın xaricə açılan sonuncu nəfəsliyində də böyük imtahanla qarşı-qarşıyadır. Bu da onun Azərbaycana təzyiqlərini böyük ölçüdə azaldacaq.(ovqat.com)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.