Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı dəfn olunub - YENİLƏNİB

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri - Hümam İsmayıllı dəfn olunub.


Senzor.az-ın xəbərinə görə, Hümam İsmayıllı Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.

**

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri ilə vida mərasimi keçirilib.


Senzor.az-ın məlumatına görə, zəlzələ nəticəsində həlak Hümam İsmayıllı ilə evlərində vida mərasimi keçirilib.

**13:21

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində uçan binanın dağıntıları altında qalaraq həlak olan Samir Quliyev Gədəbəy rayonunda dəfn olunub. 


Senzor.az xəbər verir ki, S.Quliyev rayonun İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.


Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbə Samir Quliyev və daha 3 azərbaycanlı tələbə birgə kirayədə yaşadıqları bina zəlzələ nəticəsində çöküb və dördüdə dağıntılar altında qalaraq həlak olublar.

**

Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev ilə Gədəbəy rayonunun İnəkboğan kəndində vida mərasimi keçirilir.


Məlumata görə, mərasimdə mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edirlər.


Daha sonra mərhum kənd qəbiristanlığında dəfn olunacaq.


**13:16

Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı həlak olan Şahin Vəliyev dəfn olunub.


Məlumata görə, Şahin Vəliyev Gəncə şəhərində, yeni Səbiskar qəbristanlığında torpağa tapşırılıb.


**

Türkiyənin Malatya şəhərində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirmiş 21 yaşlı Şahin Vəliyevlə vida mərasimi keçirilir.


Ş.Vəliyev Yeni Səbiskar qəbiristanlığında torpağa tapşırılacaq.


**12:34

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri dəfn edilib.


Senzor.az xəbər verir ki, Gündüz Nəzərzadənin nəşi Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.


Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.


Malatyada zəlzələ zamanı İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıblar. Onların cəsədləri fevralın 14-də dağıntılar altından çıxarılıb. Ümumilikdə Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı həlak olub.

**

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.


Vida mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirlər.

**08:52

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.

 

Senzor.az bildirir ki, tələbələrin cənazələrini gətirən təyyarəni Heydər Əliyev Beynəlxalq Hava Limanında  onların qohumları, yaxınları qarşılayıblar.

 

Qeyd edək ki, Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin həmin tələbələri haqqında heç bir məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.