
Kollektiv Qərb Azərbaycanda daxili siyasi vəziyyətə müdaxiləni və manipulyasiyanın sərtləşdirilmiş mexanizmlərini yenidən işə salır. Uzun illər davam edən soyuq müharibədən sonra qarşılıqlı enerji əlaqəsi dalğasında yaranan kövrək atəşkəs və siyasi əməkdaşlıq real təhlükə altındadır. KİV haqqında yeni "antidemokratik" qanundan "hiddətlənən" Qərbyönümlü bir ovuc jurnalist Qərb diplomatik korpusu ilə məsləhətləşmələr aparıb. Ən paradoksal hal isə odur ki, ABŞ, Kanada, Fransa, Almaniya diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə baş tutan görüş Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Piter Mişalkonun təşəbbüsü ilə keçirilib.
Senzor.az bildirir ki, Azərbaycanın rusdilli haqqin.az saytının baş məqaləsində belə deyilir.
Məqalənin müəllifi, məşhur araşdırmaçı jurnalist, saytın rəhbəri Eynulla Fətullayev yazır ki, haqqin.az bağlı qapılar arxasında keçirilən məsləhətləşmələrin maraqlı təfərrüatlarını əldə edib.
Söhbət kimlərdən və nələrdən gedir? Bu və digər suallara cavablar E.Fətullayevin bu linkdəki (https://haqqin.az/news/274831) sensasion yazısında.
Mütləq oxuyun. Bir çox sirlərdən və mətləblərdən agah olacaqsınız...