Sumqayıt hadisələrinin “35-ci il dönümü”nə hazırlıq: BAKININ QƏRBİ AZƏRBAYCAN KARTINA QARŞI... “ERMƏNİ GEDİŞİ”
ŞƏRH

Ermənilər “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşırlar. Artıq bu istiqamətdə erməni lobbisi, diasporu, Qriqoryan kilsəsi, xarici ölkədələrki digər nüfuzlu, imkanlı ermənilər və s. geniş kampaniyalara başlayıblar.

 

Diqqətçəkən məqam isə bu məsələdə onlara başda Fransa olmaqla, bir sıra Qərb ölkələrinin dəstək verməsidir.

 

Erməni qatili ermənilər

 

Öncə onu qeyd edim ki, "Sumqayıt hadisələri" 1988-ci ildə fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş verib. İğtişaşlar nəticəsində 32 nəfər həyatını itirib. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub. 

 

Ermənilər həmin hadisəni Azərbaycanın ermənilərə qarşı kütləvi qətli, hətta bəzən soyqırımı kimi qələmə versələr də, o, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Dövrün siyasi proseslərinə, eyni zamanda tarixə nəzər salsaq hadisənin məhz ermənilər tərəfindən törədildiyi aydın şəkildə görünür. 

 

Birincisi: bu, ermənilərin siyasi məqsədləri üçün öz soydaşlarını qətlə yetirməsi, hətta kütləvi şəkildə öldürməsi ilə bağlı ilk hal deyildi.

Misal üçün, 19-cu əsrin ikinci yarısında Qərbin imperialist ölkələri Britaniya, Fransa, Çar Rusiyasının təhriki ilə Osmanlının Şərqi Anadoludakı torpaqları hesabına müstəqil Ermənistan dövləti yaratmaq istəyən ermənilər “Daşnaksütyun” və “Xınçaq” kimi terrorçu, radikal, ultramillətçi təşkilatlar ətrafında birləşməyə başladılar. Lakin bu prosesdə iştirak etmək istəməyən ermənilərin sayı da az deyildi. 

“Daşnaksutyun” və “Xınçaq”a məsnub silahlı ermənilər xüsusilə İstanbul, Ədirnə, Selanik, İzmir, Ərzurum, Antakya və ermənilərin kompakt yaşadığı digər Osmanlı şəhərlərində onlara dəstək verməyən erməniləri kütləvi şəkildə qətlə yetirirdilər. 

Maraqlıdır ki, Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu mənada ermənilərin Sumqayıtda öz soydaşlarını qətlə yetirməsi heç də təəccüblü hal deyil.


İkincisi, 1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulur, onlar kütləvi şəkildə qətlə yetirilirdilər. 

 

Ermənilər hadisənin təktərəfli olmaması üçün bu hadisə ilə paralel azərbaycanlıların da erməniləri kütləvi şəkildə öldürməsinə çalışırdılar. Bunun üçün Azərbaycan dilini səlis şəkildə bilən xüsusi təlim keçmiş ermənilər Sumqayıtda ermənilər yaşayan mənzillərə basqın təşkil edərək onları kütləvi şəkildə öldürürdülər. Bununla da ermənilər həm Ermənistanda anti-Azərbaycan hərəkatını gücləndirir, həm də bu hərəkatın səbəbsiz yerə olmadığını isbat etməyə çalışırdılar. 

 

Əsas kimi isə həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq azərbaycanlının əksəriyyətinin məhz Sumqayıtda məskunlaşdığını və hadisənin onlar tərəfindən törədildiyi iddiasını irəli sürürdülər. 

 

“Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nün önəmi

 

Bu gün “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşan ermənilərlə “Sumqayıt hadisələri”nin sifarişçiləri, təşkilatçıları eynidir.  

Diqqətçəkən digər bir məqam isə ermənilərin bunu  məhz Azərbaycanın Qərbi azərbaycanlılar ilə bağlı məsələni qabartdığı bir zamanda etmələridir. 

 

Misal üçün, Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə bildirib ki, “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

 

Ermənilər məhz indi “Sumqayıt hadisələri”nin “35-ci ildönümü”nə hazırlaşaraq əslində Qərbi Azərbaycandan  zorla qovulan azərbaycanlılarla bağlı həqiqətləri kölgədə qoymaq, gündəmdən çıxarmaq istəyirlər. Çünki bu faktın qabardılması və Azərbaycan tərəfindən dövlət səviyyəsində beynəlxalq aləmin diqqətinə çatdırılması azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla qovulmaları, vəşhicəsinə öldürülmələri, təzyiq və zorakılıqlara məruz qalmaları münaqişənin məhz ermənilər tərəfindən başladıldığını təsdiqləyir. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.